Abşeronda üç avtomobil toqquşub...

22 Oktyabr 2021 04:27 (UTC+04:00)

Masazır qəsəbəsində yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, “Vaz 2106” markalı nəqliyyat vasitəsinin sürücüsü sola manevr edərkən qəfil onunla üzbəüz hərəkətdə olan “Vaz 2107”-nin sürücüsü idarəetməni itirərək manevr etmək istəyən maşına çırpılıb. Zərbənin gücündən “Vaz 2106” hərəkətdə olan “Niva”-ya çırpılıb.

Qəza nəticəsində “Vaz2106”-nın sürücüsü xəsarət alıb.