Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub

22 Oktyabr 2021 04:23 (UTC+04:00)

Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ baş verib.

SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin Şimal adası ərazisində, ocağı isə 217 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.