Fransada "hərbi çevriliş"ə cəhdin qarşısı alınıb?

22 Oktyabr 2021 03:05 (UTC+04:00)

Fransa əks-kəşfiyyatı kosnpirologiya nəzəriyyələrinin nüfuzlu tərəfdarı Remi Dayeni dövlət çevrilişinə hazırlıq işi üzrə saxlayıb.

Qeyd edilir ki, saxlanılma formal xarakter daşıyır, çünki Daye iyundan başlayaraq, Miya adlı qızın rezonans doğuran oğurluğunda əlbir olmaq ittihamı üzrə istintaq təcridxanasındadır.

Bildirilir ki, Daye çərşənbə axşamı öz kamerasından çıxarılıb və Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) əməkdaşlarının sərəncamına verilib. Həminki iş çərçivəsində 67 yaşlı katibə Jinett J də saxlanılıb.

Müstəntiqlər Dayenin “Şərəf və millət” ultrasağ qrupla əlaqələrindən şübhələnirlər. Qrupun üzvləri bir sıra obyektlərə hücum hazırlayırdılar. Onların fikrincə, Daye bu layihələrin beyin mərkəzi kimi çıxış edə bilər.