Bakıda yaşayış binasında yanğın

22 Oktyabr 2021 01:52 (UTC+04:00)

Иakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, binanın 8-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat metr olan üçotaqlı mənzilin bir otağında divan, kreslo və stol yanıb.

Yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 kvadrat metr sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.