10 yaşlı uşağı avtomobil vurub

22 Oktyabr 2021 01:32 (UTC+04:00)

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. İ.İsmayılov küçəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Dadaşlı Ayxan Ceyhun oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.