İraqın şimalında daha 5 terrorçu zərərsizləşdirilib

21 Oktyabr 2021 23:55 (UTC+04:00)

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalındakı Metina rayonunda PKK terrorçularına qarşı iki əməliyyat keçirib.

SİA-nın "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbələr bildirib.

Məlumata əsasən, oktyabrın 7-si və 11-i keçirilən əməliyyatlar zamanı 5 PKK terrorçusu zərərsizləşdirilib.

Qeyd edilir ki, Türkiyə xüsusi xidmətləri İraqında şimalında terrorçularına qarşı əməliyyatları davam etdirirlər.