Paşinyan ombudsmana əvəz axtarır?

21 Oktyabr 2021 23:49 (UTC+04:00)

Ermənistan hakimiyyəti hazırkı insan hüquqları üzrə ombudsman Arman Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra onu vəzifəsinə yeni namizədlik təklifi ilə çıxış edəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Qriqoryanın sözlərinə görə, Tatoyan obyektivliyə meylli deyil, ona dəxli olmayan siyasi bəyanatlar səsləndirir. Ona görə də Təhlükəsizlik Şurasının katibi söz verib ki, ombudsmanın səlahiyyət müddəti bitdikdən sonra hakimiyyət bu vəzifəyə yeni namizəd təklif edəcək.

Qeyd edək ki, Arman Tatoyanın səlahiyyət müddəti bir neçə aydan sonra başa şatacaq. Onu da bildirək ki, xəbəri “Rusarminfo” yayıb.

Ağasəf