Çin gəmiləri Yaponiyanın ərazi sularına girib

21 Oktyabr 2021 22:39 (UTC+04:00)

Ökinava ştatının Naha qəsəbəsindəki sahil Mühafizəsi Qərargahından verilən məlumata görə, Çin gəmiləri Yaponiyanın milli ərazi sularını pozub. SİA bu barədə xarici mətbuata istinad edir.

Sözügedən gəmilər Minami Kojima və Uotsurijima adalarına yaxınlaşaraq Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli Senkaku ərazi sularında təxminən iki saat qaldıqdan sonra Kubasima adasının 26 kilometr cənub-qərbində üzüblər. Bildirilir ki, gəmilər, Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgəni tərk ediblər.

İctimai yayım orqanı NHK-nın məlumatına görə, Çin sahil mühafizəsinə məxsus gəmilər cari ildə 30-cu dəfə Yaponiyanın ərazi sularına daxil olblar.