Saakaşvili Tbilisidə xəstəxanaya yerləşdirilib.
Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, eks-prezidentin atası sabah evə buraxılacaq.

“Nikoloz Saakaşvili yaxşıdır, sabah evə buraxılacaq. Onun haqqında əlavə məlumat verə bilmərik, çünki bu, məxfidir”, – deyə klinikadan bildirilib.

Qeyd edək ki. Nikoloz Saakaşvili bir neçə gün əvvəl KİV vasitəsilə oğluna müraciət edərək aclıq aksiyasını dayandırmasını istəmişdi.