Çində qaz partlayışı baş verib - ÖLƏN VƏ YARALANANLAR VAR

21 Oktyabr 2021 18:29 (UTC+04:00)

Çinin Liaoninq əyalətində təbii qazdan partlayış baş verib. Partlayışda 3 nəfərin öldüyü, 30-dan çox insanın isə yaralandığı bildirilib. SİA xarici mətbuata istinadən bildirib ki hadisə Çinin Şınyanq ərazisində bir restoranda baş verib. Səhər saatlarında baş verən partlayışda üçmərtəbəli bina darmadağın olub, ətrafdakı binalar və maşınlar zərər görüb. Hadisə yerinə 100-dən çox xilasedici qüvvələr cəlb olunub. Partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.

Abutel İlhamqızı