Prokurorluq məktəblinin ölümü ilə bağlı araşdırma aparır

21 Oktyabr 2021 18:02 (UTC+04:00)

Xaçmaz rayonunda məktəblinin ölümü ilə bağlı araşdırmalar başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.