"İranla münaqişə yalnız zaman məsələsidir və bu uzaq deyil" - İSRAİL MALİYYƏ NAZİRİ

21 Oktyabr 2021 18:00 (UTC+04:00)

İsrailin maliyyə naziri Aviqdor Liberman İsrail mediasına verdiyi açıqlamada ölkəsi ilə İran arasındakı gərginliyi qiymətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nazir Liberman "İranla münaqişə yalnız zaman məsələsidir və bu uzaq deyil"-deyə qeyd edib. Tehran və digər ölkələr arasında 2015 -ci il nüvə anlaşmasının yenilənməsi ilə bağlı danışıqlara işarə edən Liberman: "Heç bir diplomatik proses və ya razılaşma İranın nüvə proqramını dayandıra bilməyəcək"-deyə, əlavə edib