Fransalı hücumçu bu komanda tərəfindən alına bilər

21 Oktyabr 2021 17:35 (UTC+04:00)

Ərəb kapitalı tərəfindən satın alınan "Nyukasl Yunayted" üçün yeni ulduzun alınması məsələsi gündəmdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə transfer üçün təxminən 1 milyard dollarlıq bir büdcə ayrılıb. İngilis komandası üçün "Barselona"nın fransalı hücumçusu Dembelenin alınması düşünülür. Müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq 24 yaşlı futbolçunun "Nyukasl Yunayted"ə elə həmin il qatılacağı proqnozlaşdırılır.