YAP Şamaxı rayon təşkilatının fəalları şəhid Asif Azayevin il mərasimində iştirak ediblər ANIM

21 Oktyabr 2021 12:20 (UTC+04:00)

Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Azayev Asif Məhəmmədağa oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin, şəhidin məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Sonra mərasim iştirakçıları şəhidin adının əbədiləşməsi məqsədilə yeni inşa olunmuş bulağın açılışında iştirak etmişlər.

Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Rəfiqə