“Bütün əfqan xalqının pasport almaq hüququ var”

21 Oktyabr 2021 12:10 (UTC+04:00)

Taliban rəhbərliyi bütün Əfqanıstan xalqının pasport almaq hüququna malik olduğunu bəyan edib. SİA bu barədə xarici mətbuata istinad edir.

Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi Pasport Baş direktoru vəzifəsini icra edən Alem Gül Xaqani BBC-yə açıqlamasında 15 avqustda dayandırılan pasport verilməsi əməliyyatının bərpasından sonra gündə təxminən 4 min 4500 pasport verdiklərini və verilən pasportların ümumi sayının isə təxminən 46 minə çatdığını vurğuluyaraq, “Bütün əfqan xalqının pasport almaq hüququ var” deyib.

Pasport əməliyyatlarını sistemə qoyduqlarını ifadə edən Xaqani insanların qarışıqlıq olmadan əlaqədar ofislər vasitəsi ilə pasport almağa başladıqlarına diqqət çəkib.

Pasport verən ofislərin bütün insanların xidmətinə açıq olduğun qeyd edən Xaqani xaricə getmək istəyən hər kəsə sənədlərini verəcəklərini və pasport almaq üçün əvvəlki rəhbərlikdən gələn insanları məmumnuluqla qarşılayacaqlarını söyləyib.

Taliban rəhbərliyinin əfqan xalqının gələcəyi üçün çox çalışdığını şərh edən Xaqani heç kimin ölkəni tərk etməli olmadığını və qorxmamasının lazım olduğunu bildirib.

O, hər kəsə pasport verdiklərini, heç kimin ölkədən çıxmasına maneə törətmədiklərini, heç kimə işgəncə vermədiklərini, bunun düşmənlərin təbliğatı olduğunu irəli sürərək, müalicəyə ehtiyacı olanların, idmançıların və tələbələrin də prioritet qrupda olduqlarını qeyd edib.