İnsanlığın yox olduğunu göstərən hadisə baş verib

21 Oktyabr 2021 11:11 (UTC+04:00)

ABŞ-da qatarda təcavüzə məruz qalan qadına niyə heç kimin kömək etmədiyi mövzusu araşdırılıb. Həmin vaxt qatarda olan digər sərnişinlər hadisəni kənardan izləyərək telefonları ilə çəkiliş ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Filadelfiya şəhərində baş verib. Qatarda təcavüzə məruz qalan qadına heç kəs kömək etməyib. Polis əməkdaşları qadına heç kimin kömək etmədiyinə inanmayıb və təhlükəsizlik kameraları vasitəsilə sərnişinləri bir-bir araşdırıblar. Polislər gördüklərinə inana bilməyiblər. Araşdırma nəticəsində məlum olub ki, sərnişinlərin hamısı hadisənin şahidi olub amma heç kəs qadına yardım etməyib. Hətta yardım etmək əvəzinə hadisəni lentə alıblar. Polis rəisi “Deyəcək söz tapa bilmirəm. Heç kimin kömək etməyə çalışmaması dəhşətlidir” deyib. Təcavüzün qatarın 20 stansiyasına kimi davam etdiyi bildirilib.

Abutel İlhamqızı