Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini keçib

21 Oktyabr 2021 10:42 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 4 411 nəfərdə koronavirus aşkarlanıb, 29 pasiyent vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində daha 2 896 nəfər sağalaraq evə buraxılıb.

Gürcüstanda indiyədək COVID-19-a 680 182 nəfər yoluxub. Onların 622 181-i sağalıb, 9 617-si isə dünyasını dəyişib.