Peyvəndə qarşı çıxan sabiq sədr koronavirusdan ölüb

21 Oktyabr 2021 09:05 (UTC+04:00)

Latviyada Mərkəzi Seçki Komissyasının keçmiş sədri, peyvənd olunmağa qarşı çıxan Arnis Cimdars yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib.

MSK-nın keçmiş rəhbəri, 59 yaşlı Arnis “Latviya Birinci yerdə” partiyasının həmtəsisçisi idi və COVID-19-a qarşı məcburi peyvənd olunmağın əleyhinə idi.