Türkiyə Hindistan və Nepala başsağlığı verib

21 Oktyabr 2021 08:45 (UTC+04:00)

Türkiyə Hindistan və Nepalda sel və torpaq sürüşmələrində həyatını itirənlərlə əlaqədar başsağlığı verib. SİA bu barədə türk mətbuatına istinad edir.

Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib: "Son günlərdə Hindistan və Nepalın müxtəlif bölgələrində yağan güclü yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələrində 100-dən çox insan həyatını itirdiyi, çoxlu insanın yaralandığı və itkin düşdüyü, yağışların iki ölkədə də maddi ziyan verməyə davam etdiyi dərin kədərlə öyrənilmişdir.
Sözügedən fəlakətlərdə həyatını itirənlərin yaxınlarına, dost Nepal və Hindistan xalqlarına və hökumətlərinə Türkiyənin səmimi başsağlığı çatdırılır. Yaralılara şəfa diləyir, bu fəlakətin daha çox insan ölümünə səbəb olmamasına ümid edilir.