Çavuşoğlu Cənubi Koreyaya səfər edəcək

21 Oktyabr 2021 08:43 (UTC+04:00)

Xarici işlər naziri Mövlud Çavuşoğlu 21-24 oktyabr tarixlərində Cənubi Koreyaya səfər edəcək. SİA bu barədə türk mətbuatına istinad edir.

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında, nazir Çavuşoğlunun Cənubi Koreyanın xarici işlər naziri Eui-yong Chungun dəvəti ilə 21-24 Oktyabr 2021 tarixlərində Koreya Respublikasına səfər edəcəyi ifadə bildirilib.

"Danışıqlar zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirə ediləcəyi, regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılacağı nəzərdə tutulur. Çavuşoğlunun səfər çərçivəsində ayrıca Koreya Respublikasının Baş naziri Boo tərəfindən qəbul ediləcəyi də nəzərdə tutulur" deyilib.