Nigeriyalı quldurlar 30 nəfəri tutub aparıblar

21 Oktyabr 2021 05:57 (UTC+04:00)

Nigeriyada silahlı şəxslər magistral yolda müxtəlif avtomobillərdə olan 30-dək sərnişinin qarşısını kəsərək qaçırıblar.

SİA-nın RİA Novosti-yə istinadla verdiyi xəbərər görə, bu barədə yerli kanallar məlumat yayıb.

Quldurların insanları avtobusdan və digər iki avtomobildən düşürərək qaçırdığı qeyd olunur.

Təcavüzkarlar Niger ştatının qərb hissəsindən keçən magistral yolda hərəkətdə olan yerli sakinləri qorxutmaq üçün vaxtaşırı atəş açıblar.

Qaçırılan sərnişinlərin hansı istiqamətə aparıldığı məlum deyil.