Anlaşma Memorandumu imzalanıb

21 Oktyabr 2021 04:31 (UTC+04:00)

Ötən çərşənbə günü, oktyabrın 20-də Tehranda İran və Türkiyənin daxili işlər nazirləri Əhməd Vahidi və Süleyman Soylu arasında görüş keçirilib.

Görüş zamanı nazirlər təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Sənəd ilk növbədə sərhəd bölgələrində iki ölkəyə qarşı hər cür terror və qanunsuz hərəkətlərin qarşısının alınmasını nəzərdə tutur.

“Anadolu” agentliyi xəbər verir ki, imzalanan sənəd həmçinin hüquqi fəaliyyətin müxtəlif sahələrində əməkdaşlığı da nəzərdə tutur.

Ağasəf