Axır ki, narkokuryer pişik ələ keçdi...

21 Oktyabr 2021 02:15 (UTC+04:00)

Rusiyanın İvanovo vilayətindəki həbsxanaların birində kuryoz hadisə baş verib.

SIA Lent.az-a istinadən xəbər verir ki, vilayətdəki 4 saylı cəzaçəkmə müəssisində dustaqlara marixuana aparan pişik ələ keçib.

Məlumata görə, pişiyin boğazına bağlanmış dəri xaltaya 5 qram marixuana yerləşdirilib.

Hasardan aşıb həbsxananın həyətinə girən pişik şübhəyə səbəb olub.

Azca araşdırmadan sonra pişiyin xaltasındakı marixuana götürülüb.