Koalisiyanın hərbi bazası raket atəşinə tutulub

21 Oktyabr 2021 01:58 (UTC+04:00)

ABŞ-ın və qərbyönlü koalisiyanın Suriyanın cənubunda yerləşən hərbi bazası raket atəşinə tutulub.

Belə ki, bazanın Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşdiyi ərazidə partlayış səsləri eşidilib. Hələlik maddi ziyan və itkilər barədə heç bir məlumat verilməyib.

ABŞ hərbi komandanlığının Bağdaddakı nümayəndəsi koalisiya bazasına raket atılması faktını təsdiqləyib. Zərbələrin pilotsuz uçuş aparatları tərəfindən həyata keçirildiyi ehtimal olunur.