Rumıniyada koronavirus tüğyan edir

21 Oktyabr 2021 01:10 (UTC+04:00)

Pandemiya başlayandan bəri ilk dəfə olaraq Rumıniya hökuməti tərəfindən gündə 19 minə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, ölkədə ölənlərin sayında da xeyli artım var - 574 nəfər. Son sutka saat ərzində ölkədə 18 min 863 yeni COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Rumıniyada böyüklərin 34 faizi COVID-19 əleyhinə tam peyvənd edilib. Avropa İttifaqında isə peyvənd olunmanın orta rəqəmi 74 faizdir.