FIFA Şurası Yaponiyaya "əvəz" tapdı

21 Oktyabr 2021 00:10 (UTC+04:00)

Futbol üzrə klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı qərar FIFA Şurasının iclasında qəbul olunub. 2022-ci ilin əvvəlində təşkili planlaşdırılan turnirin dəqiq tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə qərarını dəyişib.