Qaxda şəhid atasının evi tamamilə yanıb

20 Oktyabr 2021 23:42 (UTC+04:00)

Yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində, Heydərov Nazim Paşa oğluna məxsus evdə baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Nazim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.