Soyuqdəymə və qripin təbii yollarla müalicəsi

20 Oktyabr 2021 22:14 (UTC+04:00)

Qrip xüsusilə soyuq havalarda və mövsümi dəyişikliklərdə, öskürək, halsızlıq, yüksək atəş şikayətləri ilə A və B qrip viruslarının yaratdığı bir infeksiyadır. Qripdən qorunmaq üçün fəslə uyğun geyinmək, balanslı və sağlam bir pəhriz yemək və xəstə insanlarla təmasdan çəkinmək vacibdir. Qripi insanlar arasında yayılmış soyuqdəymə ilə də qarışdırmaq olar. Qrip soyuqdəymə kimi yoluxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha ağır bir xəstəlikdir. 0-4° C arasında bir neçə həftə yaşaya biləcəyi üçün qışda daha çox infeksiyaya səbəb olan qrip virusu ilə qarşılaşmaq son dərəcə asandır. Virus ən çox öskürək, asqırmaq və danışmaq yolu ilə yoluxur. SİA bu barədə türk mətbuatına istinad edir.

Qışı fəslini qripsiz keçirmək üçün xüsusi ilə immunitet sistemimizi güclü saxlamalıyıq. C və E vitaminləri ilə zəngin olan çoxlu tərəvəz və meyvə istehlak etməliyik. Boğaz infeksiyalarının qarşısını almaq üçün qoruyucu təbii bitkilərdən istifadə etməliyik

Qrupin təbii yollar ilə müalicəsi:

- Soğan: Soğan xəstəliklərdən və infeksiyalardan qorunmağımıza kömək etdiyi kimi qızdırma, qrip, öskürək və allergiya üçün faydalı olan bitkilər arasında ilk sırada iştirak edir.

Soğan ilə müalicədə zərurət duyulan materiallar:

1 ədəd qəhvəyi qabıqlı soğan

2 stəkan su

Soğanın qəhvəyi qabıqları soyulur və üzərinə 2 stəkan su əlavə edilərək qapaqlı qabda beş dəqiqə qaynadılır. Hazırlanan tərkib soyudulub süzüldükdən sonra içilir.

-Zəncəfil çayı: bu çayın hazırlanması üçün materiallar:

Bir xörək qaşığı rəndələnmiş təzə zəncəfil

Bir stəkan su

Bir xörək qaşığı limon suyu

Bir xörək qaşığı bal

Rəndələnmiş təzə zəncəfil bir stəkan suya tökülür və qaynadılır. Zəncəfil çox qaynadılırsa dadı acılaşar. Bu səbəddən qaynamağa başlar-başlamaz atəşin üzərindən götürülür və dəmlənməsi üçün 5 dəqiqə gözlənir. Sonra süzgəcdən süzüb və üzərinə bal ilə limon suyu əlavə edilərək içilər.

-Qrip çayı: bu çayı hazırlamaq üçün materiallar:

Cökə

Zəncəfil

Qərənfil

Darçın

Su

Bu çayı hazırlayarkən insan sayına görə sadaladığımız maddələrin miqdarını artıra və ya azalda bilərik.

Çayı hazırlamaq üçün bütün maddələr çaydana atılar və üzərinə qaynar su əlavə edildikdən sonra dəmlənməsi gözlənilir. Çay bir neçə dəqiqə dəmləndikdən sonra istehlaka hazırdır. Üzərinə limon suyu və bal əlavə edərək də istifadə etmək olar.

-Həmərsin və ya itburnu çayı:

İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.

Bu çayı hazırlamaq üçün materiallar:

İtburnu

Su

Bal

1,5-2 çay qaşığı əzilmiş itburnu fincana tökülür və üzərinə qaynar su əlavə edildikdən sonra 10-15 dəqiqə dəmlənməsi gözlənilir. Azca turş olan çay bal ilə şirinləşdirilərək içilir.

-Nar qabığı və yunan lavandası çayı:

Sikkə böyüklüyündə üç ədəd nar qabığı 1,5 stəkan qaynar suya atılır və xəfif atəşdə beş dəqiqə qaynadılır, beşinci dəqiqədə üzərinə 3 ədəd yunan lavandası əlavə edilir və daha üç dəqiqə qaynadılır. Süzüldükdən sonra bir həftə fasiləsiz gündə bir dəfə yemək əvvəli istifadə edilir.

Qrip infeksiyası üçün faydalı olan digər bitki və tərkiblər isə belədir:

- Exinasea və ya kirpi otunun bəzi növləri immunitet sistemində və xüsusilə soyuqdəymə şikayətlərində təsirlidir.

-Cökə iltihab əleyhinə və ağrı kəsici təsirə malikdir. Eyni vaxtda boğazda yumşalma nəticəsində qıcıqlanmanın qarşısını alır və beləliklə soyuqdəymə şikayətlərini yüngülləşdirir. İnsanların inadkar öskürəkdə rahatlamalarına kömək edir.

-Adaçayı tərkibindəki uçucu komponentlər səbəbi ilə ağız və boğaz iltihabının müalicəsində tövsiyə edilir. Bu bitki çay kimi dəmlənərək içilir.

-Adaçayının exinacea ilə birlikdə tətbiq edildikdə daha təsirli olduğu da bilinir. -

-Limon və bal ilə hazırlanan zəncəfil kökü çayı soyuqdəymə, boğaz ağrısı və öskürəkdə təsirlidir. Ayrıca zəncəfil immunitet sistemini gücləndirir.

-Qərənfil ağız və boğaz selikli qişa iltihabına qarşı təsirlidir.

-Qara istiot ilə hazırlanan çay, ağız yuyucusu olaraq istehlak edildikdə boğaz infeksiyalarının qarşısını almağa və yüngülləşdirməyə kömək edər.

-Tut doşabı soyuqdəymə və qripə qarşı təsirlidir.