Biz ordumuzu, iqtisadiyyatımızı gücləndirdik və istədiyimizə nail olduq - Prezident

20 Oktyabr 2021 21:12 (UTC+04:00)

Ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər, mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm.

SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.