Fransada başı kəsilmiş kişi meyiti tapılıb

20 Oktyabr 2021 22:02 (UTC+04:00)

Fransanın cənub-şərqində yerləşən Bollen kommunasında başı kəsilmiş, qarını yarılmış kişi meyiti tapılıb.

SIA "20 Minutes" nəşrinə istinadən xəbər verir ki, cinayətkarın axtarışına başlanılıb.

Polis hadisənin terror aktı olması versiyasını əsasız hesab edib. Bildirilib ki, hadisəni törədən şəxs potensial təhlükəli və silahlıdır.