İngiltərəli model izləyicisinin mesajlarını ifşa edib - FOTOLAR

20 Oktyabr 2021 12:20 (UTC+04:00)

"Formula 1"in keçmiş rəhbəri Bernie Ekklestoneunun qızı ingilis model Tamara Ekkleston, bir yaşındakı qızı Serena üçün bir izləyicisinin yazdığı mesajları paylaşıb. SİA xarici mətbuta istinadən xəbər verir ki, ingilis aktyor Jay Rutland ilə xoşbəxt evlilik yaşayan Tamara Ekkleston, keçən il qızı Serenanı qucağına alaraq böyük bir sevinc yaşayıb. Yeddi yaşında Sofiya adlı bir uşağı olan Tamara "instaqram" sosial şəbəkə hesabında tez-tez xoşbəxt ailə şəkilləri paylaşır. Bu yaxınlarda paylaşımlarına yenisini əlavə edən iki uşaq anası Tamara, demək olar ki, bir sosial media istifadəçisi ilə bir-birinə girib. Qızı Serena üçün "qorxunc, çirkin balaca şey" deyən insana qarşı özünü tuta bilməyib, "Özünüzdən və varlığınızdan pis hiss edirsiniz yəqin. Sizə faydalı məsləhətlər verim, bu sizi daha yaxşı hiss etdirməyəcək" ifadələrini işlədib və həmin mesajları ifşa edib.

Tamara daha sonra qızları ilə çəkdirdiyi şəkillərini paylaşmağa davam edib. İzləyiciləri bu fotolara onu dəstəkləyən şərhlər yazıblar.

Aytac Əliyeva