Dəhşətli qəzada yaralananlardan biri də öldü - BAKIDA

20 Oktyabr 2021 10:59 (UTC+04:00)

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır.

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.