Anastasiyanın qatlləri həbs ediliblər?

20 Oktyabr 2021 06:19 (UTC+04:00)

Gürcüstanda Rusiya vətəndaşı Anastasiya Şatalovanın qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qətl hadisəsi oktyabrın 18-də paytaxt Tbilisinin Qazapxuli küçəsində baş verib. 1994-cü il təvəllüdlü A.Şatalova hadisə yerində dünyasını dəyişib.

Polis əməkdaşları qətldən sonra şübhəlilərdən ikisi saxlanılıb. Polis əməkdaşları hadisənin iştirakçısı olan üçüncü şəxsin ünvanına gedərkən şübhəli asayiş keşikçilərinə əl qumbarası atıb. Partlayıcı mühəndis-istehkamçılar tərəfindən zərərsizləşdirilib.