Mağazada müştəri mühafizəçini güllələyib

20 Oktyabr 2021 05:54 (UTC+04:00)

Litvanın paytaxtı Vilnüsdə mağazaya daxil olan müştəri ondan maska taxmağı tələb edən mühafizəçiyə zərbələr endirib.

SİA “Delfi” portalına istinadən xəbər verir ki, mühafizəçi qaçmağa üz tutan müştərinin dalınca düşərkən güllə xəsarətləri alıb.

1979-cu il təvəllüdlü müştəri üstündə olan silahı çıxararaq mühafizəçinin ayağına atəş açıb.

Lakin o, çox da uzaqlaşa bilməyib, polis tərəfindən saxlanılaraq tərksilah edilib.

Qeyd edilib ki, mühafizəçi hər iki ayağından aldığı zədə ilə xəstəxanaya yerləşdirilib. Onun bir ayağını güllə deşib, digərinin isə sümüyü sınıb.