Kiyevin yeni və əsas təhlükəsizlik tərəfdaşı...

20 Oktyabr 2021 05:25 (UTC+04:00)

“Rəsmi Vaşinqton Kiyevin əsas müdafiə və təhlükəsizlik tərəfdaşıdır”.

Bunu ölkənin lideri Volodimir Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Kiyevdə keçirdiyi görüşdə deyib.

“ABŞ Ukraynanın əsas təhlükəsizlik və müdafiə tərəfdaşı olaraq qalır”, – Zelenski vurğulayıb.

Məlumata görə, Zelenski və Ostin bu sahədə gələcək ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.