Britaniyada koronavirusdan daha 223 nəfər ölüb

20 Oktyabr 2021 05:20 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 43 738 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 541 192 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 223 nəfər, hazırkı dövrədək isə 138 852 nəfər vəfat edib.