Rusiyada ticarət mərkəzində partlayış olub

20 Oktyabr 2021 04:32 (UTC+04:00)

Rusiyanın Pavlovsk şəhərində (Voronej diyarı) "Atlas" ticarət mərkəzinin binasında partlayış baş verib.

SİA-nın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ticarət mərkəzinin üzlüyünə zərər dəyib.

Xəsarət alanlar barədə məlumat verilmir.

Bildirilir ki, partlayış səbəbi araşdırılır.

Digər təfərrüatlar barədə məlumat verilmir.