"Mingəçevirli narkoman" qadına xəsarət yetirib

20 Oktyabr 2021 03:08 (UTC+04:00)

Mingəçevirdə qadın narkotik aludəçisinin hücumuna məruz qalıb.

SİA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsi 90 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, narkotik istifadəçisi olan şəxs qarşısına çıxan 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılova Elnurə Nazim qızına müxtəlif bədən xəsarətləri yetirib.

Zərərçəkən baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. E.İsmayılovaya zəruri tibbi yardım göstərilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.