Bank əməkdaşları girov götürülüb

20 Oktyabr 2021 02:11 (UTC+04:00)

Naməlum cinayətkarlar Meksikanın şərqindəki Verakruz ştatındakı banklardan birinin filialına hücum edərək 8 işçisini girov götürüblər.

Bu barədə bölgənin İctimai Təhlükəsizlik İdarəsinin məlumatında deyilir.

Məlumata görə, cinayətkarlar girovlardan birinin paltarına partlayıcı qurğu bağlayıblar. “Polisin müdaxiləsindən sonra səkkiz qadın sərbəst buraxılıb”, – xəbərdə deyilir. Girovlar xəsarət almayıb. Çıxarılan partlayıcı qurğuya baxış zamanı onun saxta olduğu və heç bir təhlükə yaratmadığı müəyyən edilib.