Daxili təhlükəsizlik naziri koronavirusa yoluxub

20 Oktyabr 2021 01:47 (UTC+04:00)

ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın Kolumbiyayay səfər öncəsi koronavirus testinin cavabı müsbət çıxıb.

SIA CNN telekanalına istinadən xəbər verir ki, bu barədə Daxili Təhlükəsizlik Nazirliyinin mətbuat katibi bildirib.

Nazirin tam peyvənd edildiyi qeyd olunub. Özünü təcrid edən nazirin evdən işləyəcəyi vurğulanıb.

Qeyd edək ki, A.Mayorkasın Kolumbiyaya ABŞ Dövlət katibi Entoni Blinkenlə birlikdə gedəcəyi planlaşdırlmışdı.