Rusiyalı ixtiraçı İqor Yemelyanov vəfat edib

20 Oktyabr 2021 01:30 (UTC+04:00)

“Su-30” döyüş qırıcısının yaradıcılarından olan təyyarə mühəndisi, RSFSR-in əməkdar ixtiraçısı İqor Yemelyanov 86 yaşında Moskvada dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə “Rostec” dövlət korporasiyasına daxil olan “Sukhoi” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ixtiraçı qəflətən vəfat edib.

Qeyd edək ki, İ.Yemelyanov “Su-15”, “Su-25”, “Su-27” və “T-4” təyyarələrinin yanacaq sistemlərinin hazırlanmasına və sınaqlarına nəzarət edib. O, həmçinin, qeyd edilən təyyarələr üçün yanacaq çənlərinin döyüşdə vurulduqdan sonra partlayışdan qorumaq üçün yeni üsulun yaradılması üzərində də çalışıb.