Kəlbəcər sakini Mingəçevirdə bıçaqlanıb

20 Oktyabr 2021 00:49 (UTC+04:00)

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

SİA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində yerləşən müəssisələrdən birinin yaxınlığında qeydə alınıb.

Ərazidə müvəqqəti məskunlaşan 1995-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Koroğlu Şahmalı oğlu Xuduzadə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.