"Beşiktaş" uduzdu, "Mançester Siti"dən darmadağın

19 Oktyabr 2021 22:56 (UTC+04:00)

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 matç keçirilir.

A qrupunda "Mançester Siti" "Brügge"nin qonağı olub. Görüş "şəhərlilər"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. PSJ isə "Leyptsiq" ilə üz-üzə gələcək..

"Liverpul"u İspaniyada "Atletiko" (Madrid) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda "Milan" "Portu" ilə qarşılaşacaq.

C qrupunda "Beşiktaş" "Sportinq"i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 4:1. Digər qarşılaşmada "Ayaks" evdə "Borussiya" (Dortmund) ilə vahid liderlik uğrunda mübarizə aparacaq.

"Şerif"i isə İtaliyada "İnter"lə qüvvəsini sınayacaq. "Real Madrid"i "Şaxtyor"un (Donetsk) müqavimətini qırmağa çalışacaq.

Çempionlar Liqası, qrup mərhələsi

3-cü tur

19 oktyabr

A qrupu

20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5

Qollar: Vanaken, 81 - Kanselo, 30, Mahrez, 43, Uolker, 53, Palmer, 67, Mahrez, 84

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4

Qollar: Koates, 15 (0:1), Larin, 25 (1:1), Koates, 27 (1:2), Sarabia, 44 (1:3), Poulinyo, 89 (1:4)