Dövlət müstəqilliyimizin bərpasının ildönümü beynəlxalq elmi müzakirələrdə

19 Oktyabr 2021 22:26 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrası Xarici Ticarətə Dəstək mərkəzi ilə birgə 12 oktiyabr 2021-ci il tarixində, saat 17:00-da Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı elmi seminar keçirib, seminara xarici ölkələrin səfirliklərindən numayəndələri ilə yanaşı kafedra əməkdaşlrı və UNEC tədqiqat mərkəzlərinin əməkdaşları dəvət olunublar.

Elmi seminarda Azərbaycan iqtisadiyyatının regional və beynəlxalq iqtisadiyyatda mövqeyinin artması şəraitində Cənubi Qafqazın müasir reallığı ilə əlaqədar Qarabağ regionunun və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq imkanları müzakirə edilmişdir.

Elmi seminarda UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, Xarici Ticarətə Dəstək mərkəzinin rəhbəri i.e.d., prof. İrşad Kərimli “Qarabağ regionunda iqtisadi rayonlaşma və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq imkanlarının artması” mövzusunda, Səudiyyə Ərəbistan Krallığının Azərbaycan Respublikasındakı sabiq səfiri cənab İbrahim Al Sulaim “Səudiyyə Ərəbistan ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi yollari” mövzusunda, Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Abdulla Al Şamsi “Cənubi Qafqaz regionunun iqtisadi inkişaf problemləri“ mövzusunda məruzələr etmiş və müzakirələr edilib.

Elmi seminarda dinlənilən məruzələr vəməruzələr ətrafinda aparılan müzakirələrdə əsas diqqət Cənubi Qafqazda son vaxtlar yaranan reallıqlar müstəvisində Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunun Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmağın imkanlarına və bu inkanların həyata kecirilməsində Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətinə yönəldilib. Eyni zamanda məruzə ilə çıxış edən ərəb ölkələrinin səlahiyyətli nümayəndələri bütünlükdə Cənubi Qafqazın, ayrılıqda isə Azərbaycanın Qərb-Şərq dəhlizi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət-iqtisadi ələqələrinin uğurlu perspektivlərinin olcağını qeyd ediblər.