Qaradağ rayonunda Şəhidin anım mərasimi keçirilib - FOTOLAR

19 Oktyabr 2021 18:50 (UTC+04:00)

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Sərxoşov Seymurun Qızıldaş qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. SİA xəbər verir ki, Şəhidin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının və YAP Qaradağ rayon təşkilatı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək Sərxoşov Seymurla bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmin gün rayonun rəhbərliyi Şəhid Sərxoşov Seymurun şəhidliyinin bir illiyi ilə əlaqədar təşkil olunmuş il mərasiminə qatılıb.