Bakı Zooloji Parkından maraqlı görüntülər - VİDEOREPORTAJ

19 Oktyabr 2021 18:31 (UTC+04:00)

Oktyabrın 7-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidənqurmadan sonra Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. Buraya ilk daxil olan andan yenilənməni hiss etmək mümkündür. Hər tərəf yaşıllıqla əhatə olunub, hər heyvana uyğun şərait yaradılıb.

Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Parkın kolleksiyasında 125 növ heyvan var ki, onlardan 22-i Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş növlərdir.

SƏS TV-nin əməkdaşları Bakı Zooloji Parkında olub və maraqlı görüntüləri kameranın obyektivinə köçürüb. Daha ətraflı videoda tanış ola bilərsiniz: