ABŞ danışıqların Rusiya formatına qatılmayacaq

19 Oktyabr 2021 18:17 (UTC+04:00)

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bu barәdә açıqlama verib. sözçü bildirib ki, ABŞ 20 oktyabrda paytaxt Moskvada keçirəcək Əfqanıstan üzrә danışıqların Rusiya formatına qatılmayacaq. SİA bu barədə xarici mətbuata istinad edir.

Gələcəkdə bu foruma qatılmağı səbirsizliklə gözlədiklirini ifadә edәn sözçü, logistika problemləri sәbәb göstәrәrәk bu həftə iştirak edәcәk mövqeyә sahib olmadıqlarını, ancaq Rusiyanın rəhbərliyindәki görüşün konstruktiv olacağına inandıqlarını qeyd edib.

Çin və Pakistanın da qatılacağı görüşə Talibanın bir heyәtlә tәmsil olunacağı gözlənilir.