Nadir hallarda olan gəmi qəzası baş verib

19 Oktyabr 2021 18:22 (UTC+04:00)

Ekvador dünən nadir bir dəniz qəzasına şahid olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Braziliya Hərbi Dəniz Qüvvələrinin Kisne Branko (Qara Qu) təlim gəmisi Ekvadorun qərbində yerləşən Guayas əyalətindəki limandan yedək gəmisi ilə çıxıb. Gəmi Guayas çayında gedərkən, yerli vaxtla saat 13:30 radələrində Guayaquil şəhərini Santay adasına bağlayan piyada körpüsünə çırpılıb. Çarpma səbəbindən gəmi alçalmaq təhlükəsi ilə üzləşib, lakin gəmi son anda aşmaqdan yayınıb.

Gəmini müşayiət edən yedək gəmisi zərbənin təsirindən aşıb. Ekvador Hərbi Dəniz Qüvvələrinin verdiyi açıqlamada, yedək gəmisinin Guayas çayı sularında sürüklənərək batdığı bildirilib.