Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” serialına “Netflix”in 111 milyondan çox istifadəçisi baxıb. Bu barədə SİA-ya KBC telekanalına istinadən xəbər verir.
Onun məlumatına görə, sentyabrın 17-də işıq üzü görən serial bugünkü gün 94 ölkədə “Netflix” platformasında populyarlığa görə birinci yerdədir.
Serialın süjeti sağ qalmaq uğrunda mübarizə aparan oyunun iştirakçılarından bəhs edir. Qalibə böyük pul mükafatı çatacaq.