Sabahdan havalar pisləşir? - XƏBƏRDARLIQ! - PROQNOZLAR BÜROSUNUN DİREKTORU AÇIQLADI

19 Oktyabr 2021 15:17 (UTC+04:00)

“Oktyabrın 18-dən başlayaraq, ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, belə hava şəraiti oktaybrın 21-i gündüz saatlarına qədər davam edəcək: “Daha sonra yağıntıların tədricən kəsiləcəyi, oktyabrın 22-si və 23-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı gözlənilir”.

“Oktyabrın 20-də Bakıda və Abreşon yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rübubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir”.

Ayşən Vəli